HAQQIMIZDA

AVROPANIN ƏN DƏBDƏBƏLİ MEBEL VƏ AKSESUAR MARKALARI BİR NÖQTƏDƏ QOVUŞDU.

Armoni Mebel dünya miqyasında 32 illik fəaliyyəti nəticəsində Avropanın ən qabaqcıl 55 mebel və aksessuar markasını 3500m2-lik sahədə satışa təqdim edir. Keyfiyyət, etibar və estetikanın bir yerdə cəmləşdiyi ARMONİ Mebel mağazasında klassik mebeldən tutmuş modern mebelədək, zəngin işıqlandırma çeşidlərindən tutmuş bənzərsiz mebel aksessuarlarınadək evinizin ehtiyacı olduğu hər bir avadanlıq mövcuddur.

Fərqli zövqlər üçün nəzərdə tutulmuş misilsiz, üç mərtəbəli satış nöqtəsinin hər bir mərtəbəsində fərqli bir dünyaya addım atacaq, seçiminiz üçün təqdim edilən xüsusi kolleksiyalara valeh olacaqsınız.

Armoni Markası ölkə daxilində və onun hüdudlarından kənarda, bir çox ümumi layihələr üçün, xüsusilə də yaşayış və ofis üçün nəzərdə tutulmuş xidmətlər təqdim edir.

Armonidə satışa çıxarılan bütün mallar 100% xaricdən idxal olunmaqla, keyfiyyət şəhadətnaməsi, eləcə də zəmanət kağızına malikdir.

İnteryer dizaynerin köməkliyi ilə öz zövqünüzü əks etdirən, peşəkarların köməkliyi ilə evinizə tamamilə fərqli cizgilər qatacağınız xidmət anlayışı Armonidə sizlərin yolunu gözləyir.

Armoni sizə xüsusi yaşayış sahəsi yaradarkən, siz müştərilərin fikirləri ilə yanaşı, zövqlərini və duyğularını, həmin yerdə yaşayan bütün fərdləri nəzərə alır və xüsusi layihələr üzrə peşəkar təcrübəyə malik, mebel sənətinə qəlbdən bağlı dizayner komandası ilə yola çıxıb.

Armoni Mebel əl əməyi, materiallarda istifadə edilən orijinal hissələr, büllur, laklı səthlər, ağır ağac materiallar, bürünc tökmələr, xrom və yüksək xassəli avadanlıqlar vasitəsi ilə öz kolleksiyasını bir-birindən qiymətli vəziyyətə gətirir.

Haqqımızda | Armoni
Copyright 2012 © Armoni Əlaqe saxlamaq | Kariyer |