MARKALAR

Cappelletti Məhsullarını “dəbdəbəli anlar” olaraq təqdim edən Cappelletti 1956-cı ildə Cantu-Milan şəhərində yaradılmışdır. Metal, qızıl və gümüşlə bəzədilmiş mebellər üzrə dünya lideri Cappelletti əl işləmələri və düşünülərək seçilmiş materialları ilə kolleksiyalarında möhtəşəm bir ab-hava yaratmışdır. Bir çox markaların meydana gəlməsi üçün əsas rolunu oynayan Cappellettinin zəngin və klassik mebel kolleksiyalarının özəlliyi “şahanə bir görünüş” və “heyranedici bir varlığı” təmsil etməsindədir. Cappelletti dünyanın ən seçilən mebellərini istehsal etmək üçün xalis ipək və məxmər parçalardan istifadə edərək ən müvəffəqiyyətli toxucularla birgə fəaliyyət göstərir. Kolleksiyaları “ağacdan hazırlanmış antik mallar” standartına uyğun olmaqla, keyfiyyətini qoruyub saxlayır və dəyərini ildən-ilə daha da artırır.
ASNAGHI INTERIORS İtalyan markası olan Asnaghi Interiors 1916-cı ildən bəri “sektorun ən keyfiyyətli mebel istehsalı”nın standartlarını qoruyub saxlayaraq zəngin bir keçmişə malik olmasını nümayiş etdirir. Birinci kateqoriyadan olan möhkəm ağac materialından istifadə edərək istehsal etdiyi məhsullar içərisində ənənəvi tərzdə olan mebellərə üstünlük verilir. Çeşid müxtəlifliyi nəsildən-nəsilə keçmiş sənətkarlıq işlərini nümayiş etdirməklə, ASNAGHI INTERIORS-UN əl işləri, laklama və əllə boyama üzrə mütəxəssisliyini gözlər önündə canlandırır. Hər bir modelin “bənzərsiz bir sənət əsəri” olması üçün özəl texnikadan istifadə edilmiş və sənətkar əllər tərəfindən hazırlanmış və işlənmişdir.
RİVA 1920-ci ildə İtaliyada yaradılmış Riva, kolleksiyalarında qiymətli zərvərəqdən hazırlanmış çiçək motivləri ilə birlikdə bənzərsiz və misli görünməyən bir üslub meydana gətirərək taxta cövhərləri ilə birləşdirir. Yenidən emal edilə biləcək taxta materiallarından istifadə etməklə təbiətə dəstək olur. Riva nəfəs alan, böyüyən, yaşayan və nəhayət məhv olan bir varlıq olan ağacdan məsuliyyətli şəkildə istifadə edərək, ekoloji sistemə ən düzgün qaydada inteqrasiya edir. İstifadə etdiyi xüsusi boyama texnikası ilə bütün dünyada tanınır. Riva orijinallık kodundan istifadə edən markalardan biridir. Yüksək keyfiyyətli sənətkarlıq dəst-xətti və fərdi məzmunu qoruyaraq həm məhsullarını, həm də müştərilərini nəzarət altında saxlayır.
De Sede İsveçrə markası olan De Sede 1965-ci ildən bəri beynəlxalq ticarət üzrə üstün keyfiyyətli dəri mebeli istehsal edir. Bacarıqlı işçi heyəti və dünya üzrə 100-dən artıq ölkədə 1000-dən artıq ticarət tərəfdaşı ilə bir dünya markası şəklinə gəlmişdir. Kolleksiyalarının erqonomik, çoxfunksiyalı, keyfiyyətli və qüsursuz olması De Sede markası üçün əsas şərtdir. Əsl dəri istehsalını şəxsən həyata keçirməklə yanaşı öz məhsulları üçün istifadə edir. Müasir mebel üzərində işlər görməklə yanaşı, müştərilərin istəklərinə uyğun olaraq məhsullara baxış keçirir və yeni məhsullar istehsal edir.
Malerba Mebel fabriki olaraq 1948-ci ildə yaradılmış İtalyan markası Malerba hər il “qabaqcıl müasir mebel” istehsalçısı olaraq şöhrət qazanır. Qonaq otağı, zal və yataq otağı üçün hərtərəfli və koordinasiya edilmiş bir görünüş təşkil edən Malerba müasir işıqlandırma məhsulları ilə kolleksiyalarını tamamlayır. Malerba-nın dünya miqyasına brendə çevrilməsinin ən əsas səbəbi ən yaxşı dizaynerlərlə birlikdə fəaliyyət göstərməsi və ən keyfiyyətli materiallardan istifadə etməsidir.
MARINER 1893-cü ildə İspaniyada yaradılmış Mariner mebel və işıqlandırma üzrə öz sahəsində birincidir. Mebellərinin istehsalı üçün ən seçilmiş materiallardan istifadə edən Mariner şellak boya, zərvərəq, poliefir lak və patin texnologiya vasitəsi ilə mebelləri bənzərsiz görünüşü və fərqliliyi ilə ön plana çıxarır. Seçilmiş örtük və ağac, boyalı tunclar, əllə boyadılmış farfor, qızılı və gümüş vərəqlər mebel kolleksiyalarını ən özəl şəkildə bəzəmək üçün istifadə edilmişdir.
Meroni 1970-ci ildən bu günə qədər italyan sənətkarlığının nümayiş etdirdiyi məhsulları, aksessuarlardan taxta panelləməyədək çoxçeşidli olmaqla, gecə və gündüz qarşımıza çıxır. İtalyan dəb dizaynerləri MERONI aləmini izləyərək onu yeni yaradılacaq markalar üçün əsas olaraq görürlər. Vurğuladığı gözəl və zərif cizgiləri ilə həm müasir, həm də klassik modelləri təqdim edir. Bir-birinə mükəmməl şəkildə uyğun olan hər bir dəstin tamamlayıcı əşyaları da vardır.
Reflex Müasir mebel anlayışı ilə fərqlilik nümayiş etdirən Reflex hər bir ünsüründə İtalyan keyfiyyətini göstərə bilən, yüksək texnologiyaları izləyərək, hər növbəti gün keyfiyyət səviyyəsini artıran və yeniliklər edən bir marka olaraq tanınır.
SWAROVSKI Bu növün istehsalçısı olan Daniel Swarovski büllur şüşə istehsalını sadələşdirən şüşə kəsici dəzgahdan istifadə edərək Avstraliyada Swarovski şirkətini təsis etmişdir. Swarovski büllur işıqlandırma, ev bəzəyi və çilçıraqlar istehsalı üzrə bir nömrəli marka kimi tanınır. Mürəkkəb büllur əksetmələri və kölgəsiz işıqlandırma texnikası ilə olduqca keyfiyyətli bir sistemə malikdir. Təbiiliyi və ya dəbdəbəni ən ucqar yerlərdə yaşada biləcək məhsul müxtəlifliyi ilə, Swarovski hər bir memarlıq üslubu üzrə müvafiq işıqlandırma çeşidləri və yeni layihələri ilə müştərilərinin qarşısına çıxır. Swarovski işığın bərq vurması, arasıkəsilməz keçidlər və məkan üzrə dəqiq bölünmələr yaradaraq, yer aldığı atmosferin gözəlliyini və cazibədarlığını dəyişdirərək daha da füsunkar edir.
TURRİ İtalyanın ən məhşur markalarından biri olan Turri möhtəşəm layihələri ilə ön plandadır. TURRI həm bir ənənə, həm də fəlsəfə olaraq klassik və modern mebellər təqdim edir. Şirkət tərəfindən istehsal edilən mebellərin hər bir hissəsi, yəni 1925-ci ildə çəkməcə istehsalından başlamış hazırkı dövrə qədər üç sadə və əsas anlayışın birləşməsini özündə ehtiva edir: orijinallıq, rahatlıq və bənzərsizlik. Klassik və ya avanqard üslubu ön planda tutan Turri – detalları, italyan əməyi, birinci sinif materiallardan istifadə və özəl parıltısı ilə mebel markaları üzrə liderlərdən biridir. Üslubu ilə dəbdəbəli, yenilikçi bir yanaşma təqdim edən zəngin və zərif əl bəzəkləri klassik mebel sektorunda Turri markasını liderə çevirir. Özəl dizayn və layihələr Turri-dəki keyfiyyət və fərqi nümayiş etdirir.
Zanaboni Dəbdəbəli İtalyan mebeli markası olan Zanaboni orijinal dekorativ detalları və qüsursuz keyfiyyəti ilə şöhrət qazanmışdır. Görkəmli şəxsiyyət olan Vittorio Zanaboni 1967-ci ildən bəri əsas önəm verdiyi keyfiyyət faktoru ilə klassik İtalyan mebel çeşidlərinə özünəməxsus bir fərqlilik əlavə edir. Məhsullarına teatral bir məna qazandıran və sənət əsəri təqdim edən Zanaboni birinci dərəcəli ağac materialları və parçadan istifadə edir.
JNL Belçika mebel markası olan JNL bir “üslub” və “yaşam tərzi” olaraq ixtisaslaşmışdır. Təbii və yenidən emal edilən kauçuk və su əsaslı lakdan istifadə etməklə, ətraf mühit qoruyucusu olduğunu sübut etmişdir.
Ezio Bellotti Ezio Bellotti markasının əsas ünsürləri “keyfiyyət” və “dizayn”-dır. Klassik məhsullarla yanaşı tək əşyaların da yer aldığı çeşidlər kolleksiyanı tamamlayır.
Erreerre 1940-cı ildə İtaliyada təsis edilmiş Erreerre – parça və pərdə sektorunda dünyanın ən məşhur markalarından biridir. Parçalarımızdakı əvəzolunmaz, zərif, hər yerində toxunma keyfiyyəti hiss edilən Erreerre parça müxtəlifliyi ilə də keyfiyyətini nümayiş etdirir. Jagar parçalar, lampass, şantuk, saten, ipək, kətan, şönil, tafta, düz səthli və basma naxışlı məxmərlər, fonlar, odadavamlı parçalar fərqli məkanlarda zərif bir ab-hava nümayiş etdirir.
FBAI İtalyan markası olan FBAI uzun müddətdir ki, mebel, işıqlandırma, aksesauar və daxili dizaynlar üzrə məhsul istehsalını həyata keçirir və məhsul çeşidi olduqca zəngindir. Ev, bina, ofis, restoran və ya otellərdə özünəməxsus dizaynın yaradılması, aksessuar seçilməsi, pəncərə növləri ilə bağlı xidmətlər, daxili tekstil dizaynı və işlərin təkmilləşdirilməsi əsas xidmət sahələrinə daxildir.
Himolla Almaniyada istehsal edilən və “keyfiyyət” şüarı ilə bütün dünyada rahat və çoxfunksiyalı məhsullar satan Himolla, son CNC (Rəqəmli proqramlı idarəetmə) texnologiyası, kombinasiya bacarığı və sənətkarlıq zəmanəti ilə çoxfunksiyalı mebel dünyasında ən cəlbedicisidir.
ISACCO AGOSTONI Bu marka üzrə kolleksiyalar, sutkalıq yaşayış sahələri, ofislər üçün nəzərdə tutulmuş olduqca geniş mebel və dizayn müxtəlifliyinə malikdir. AGOSTONI İtalyan dizaynı ilə həm yaşayış, həm də iş məkanlarında müştərilərin rahatlığını nəzərə alan və zövqünü oxşayan özəl kolleksiyalar yaradır.
Longhi Longhi İtalyan mebeli əldə etmək istəyən müştərilərinə müxtəlif dizayn çeşidləri ilə özünü tapma və şəxsi ev komfortunu yaratma imkanı verir. Peşəkar işləmələr vasitəsi ilə istehsal etdiyi art-deco və klassik hissələri bir vəhdət şəklinə gətirmişdir. Longhi öz kolleksiyalarında dəbdəbəli mebel və yüksək keyfiyyətli materialları ilə bənzərsiz daxili dizayn yaratmaq üçün bitib tükənməz imkanlar təqdim edir. “İlan dərisi”, “timsah dərisi”, eləcə də olduqca nadir rənglərdə olan fərqli parçalardan hazırlanmış materiallardan istifadə edir.
RADICE Kolleksiyalarında bir qarışıqlıq yaradan Radice klassik dizaynla yanaşı müasir dizayn, keyfiyyətli materialdan istifadə, rahatlıq və keyfiyyəti bir yerdə təqdim edərək, yaşayış sahələrində olduğu kimi iş yerlərində də dəbdəbə və gözəlliyi ilə göz qamaşdırır.
Pataviumart 1959-cu ildə İtaliyada təsis edilmiş Pataviumart “Keçmişdəki antik işləmələri yenidən layihələşdirərək və müvafiq formaya gətirərək” dəbdəbəli işıqlandırma sektorunda əhəmiyyətli bir mövqeyə gəlib çıxmışdır. Müasir büllur çilçıraqlar, əl işləri olan ipək çalarları ilə işığı zəifləşdirən Swarovski büllurları göy qurşağının rənglərini evinizə gətirir. Bürünc və gildən hazırlanmış aksesuarlara dəyərli ipək parçalar sarımaqla abajur və çilçıraqlar istehsal edilir. Murano şüşəsindən istehsal edilən və LED texnologiyası ilə hazırlanan çilçıraqlar dəbdəbə və parlaqlığı sevən müştərilərə təqdim edilir.
Rossetto 1956-cı ildə təsis edilmiş müasir İtalyan şirkəti olan Rossetto beynəlxalq daxili dizayn dəstəyi ilə evləri bəzəyən müasir mebellər istehsal edərək, dünyanın hər tərəfindən gələn dizaynerlərlə birgə fəaliyyət göstərir. Zövqlü və zərif üslubu ilə inkişaf etmiş və sahəsinin mütəxəssisi olan Rosetta mebel kolleksiyalarından əlavə antik rəflər, güzgülər, platforma yataqları, bufetlər və tablolar kimi fərqli məhsullar istehsal edir.
SCHONBEK SCHONBEK 140 ildən artıq müddətdir ki, yüksək keyfiyyətli büllur işıqlandırma sahəsində dünyanın öndə gedən istehsalçısıdır. Klassik, müasir və ya özəl işıqlandırmaları ilə ABŞ-da yerləşən ən son texnologiyaların istifadə edildiyi istehsal müəssisələrində cari, əl istehsalı olan əsas məhsulların layihəsi hazırlanır və istehsal edilir. Beləliklə bütün məhsulları nəsildən-nəsilə keçməklə ailə yadigarı olaraq qalacaqdır.
Treci 1996-cı ildə təsis edilmiş İtalyan TRECI markası xüsusilə avanqard mebel istehsalı üzrə rəqabət gücünə malik kolleksiyalar hazırlamışdır. Dəbdəbəni həm özəl bir üslub, həm də müasirliyə yaxın olan zərif cizgilərlə birləşdirən Treci markasını 3 sözlə ən mükəmməl şəkildə izah etmək və şirkətin məqsədini açıqlamaq mümkündür: Həqiqət, ehtiras, əzm...
VG VG parlaqlığı daha da canlandırmaq üçün əksetdirici sintetik və təbii daşlardan istifadə edərək, işıqlandırma məhsulları və aksesuarları istehsal edir.
AGOSTONI İtalyan markası olan Agostini-nin bütün kolleksiyaları üzrə istehsal edilmiş modellər diqqətli şəkildə seçilmiş materiallar və yaradıcı detallarla zənginləşdirilmişdir. Kolleksiyalarında gözləri qamaşdıran bir görüntü və cəlbedici bir ab-hava yaradılmışdır. Möhkəm və davamlı ağac materiallarından olan çərçivə, qoz ağacından hazırlanmış antik və dərin oymalarla tamamlanan məhsullar “klassika sevənlər” tərəfindən olduqca yüksək qiymətləndirilir.
AR İtalyan mebel markası olan AR-nin istehsal etdiyi məhsullarla bağlı əsas məqsədi təbii səth, ağac istiliyi və düzgün bir dizayn hazırlamaqdır. Möhkəmliyi ilə seçilən, xüsusilə də klassik mebel üslubuna malik olan məhsullar dünyada müştərilər tərəfindən bəyənilir.
BACCI Bacci 100 ildir ki, İtaliyada klassik mebel istehsalını həyata keçirir və ənənəvi xətt üslubu ilə dünya brendinə çevrilmişdir. Oyma, qızılı və gümüşü zərvərəqləri ilə gözləri qamaşdıran Bacci keyfiyyət və mükəmməlliyi ilə, qüsursuz iş prinsipi ilə müştərilərin etibarını və hörmətini qazanmışdır.
euroloce Bu marka müştərilərinə məhsullarının təbii və özəl olmasını şüşə və metallar üzərində edilən əl işləmələri ilə nümayiş etdirir.
Formenti Müasir, sadə və zərif kolleksiyaları ilə müştərilərinə xoş anlar yaşadan İtalyan markası Formenti müştərilərinin tələblərinə cavab verən kolleksiyalar istehsal edir. Bir cümlə ilə olmaz.. nə demək istədiyimiz anlaşılmır.
pistolesi Pistolesi kolleksiyaları sənətkarların peşə ənənələri ilə əsaslı gücünü birgə nümayiş etdirir. Təbii və seçilmiş parçaların istifadə edildiyi keyfiyyətli materiallarla qarışdırılma və tekstil məhsullarındakı rəng çalarlarının müxtəlifliyi kolleksiyalarda möhtəşəm nəticələrin meydana gəlməsinə səbəb olur.
Sarri 1955-ci ildə İtaliyada yaradılmış Sarri markası saxsı məhsullar üzərində əl işləmələri və özünə xas boyama sistemləri ilə xüsusi məhsullar istehsal etmişdir.
Socci Dəbdəbəli mebel sektorunda 30 ildir fəaliyyət göstərən Socci özünəməxsus sifarişli dizayn xidməti ilə 2010-cu ildən bəri dünyanın müxtəlif yerlərində xidmət göstərməkdədir. Klassik, müasir və mətbəx mebelləri ilə evlərə zərif və cəlbedici bir dizayn verir.
VIDAL GRAU Bu markanın dəst-xəttindəki fərqlilik öz əksini dəbdəbəsi və möhtəşəmliyində tapır. İstifadə edilən metalların hamısı xalis metal olmaqla, birlikdə adilikdən uzaq olan zərif bir çalarlılıq nümayiş etdirir.
BS Collection İtalyan markası olan BS Collection saxsı üzərində işləmələri ilə yaşayış sahələri və iş yerlərinə canlılıq verir. Yarım əsrdir ki, torpağa həyat verən Battocchio ailəsi zərif məhsulları ilə sadə və xalis estetika anlayışını vurğulayır.
Ahura İncə zövqləri oxşayan, işıqlandırma və aksessuar məhsullarında hər detalı ilə fərqliliyini nümayiş etdirən Ahura dünya tendensiyasını ən keyfiyyətli şəkildə müştərilərinə təqdim edir.
CERAMICHE TREA Yağlı boya həssaslığı ilə rənglənmiş materialları və rahatlıq bəxş edən işıqlandırma funksiyaları ilə TREA məhsulları evinizin tamamlayıcı ünsürüdür. Davamlı və müəyyən üslubda hazırlanmış məhsulları ilə Trea markası tamamlayıcı ünsürlərin nə dərəcədə əhəmiyyətli olmasını sübuta yetirmişdir.
Danber Italyan markası olan Danber 15 ildən artıq müddətdir ki, aksessuar və tablo məhsulları ilə xidmət göstərir. Monoton əyani anlayışdan uzaq, minlərlə növdə mövzularla yaradılan tablolar Danber markası ilə hazırlanır.
Delta Aksesuralarında keyfiyyət və fərqlilik görmək istəyən müştərilərin hörmətini qazanmış Italyan aksessuar markalarından biri olan Delta geniş çeşid müxtəlifliliyi ilə bütün dünyada tanınır.
Linea Argenti Mebel istehsalı mərhələlərini bütün aydınlığı ilə gözlər önündə canlandıran Linea Argenti ən yüksək keyfiyyət nümayiş etdirərək, orijinal kolleksiyaları ilə bütün dünyada satışlarını həyata keçirir.
montero Italyan Montero şirkəti dəyərli tablo və orijinal aksessuarları markasının adı altında birləşdirərək bütün dünyada müştərilərinə təqdim edir.
mos design Hər çaları ilə fərqli hisslər oyadan, divarların tamamlayıcı ünsürü olan tablolar, hər zövqə uyğun olan seçimlərə malik fərqli hissələr Mos Design-də toplanmışdır.
Studio Esse Tablolarında estetik əlaqələri vurğulayan Studio Esse cəlbedici və zərif məhsullar istehsal edir.
LES HERITIERS Klasik çizgileri ile Fransız aydınlatma markası Les Heritiers zarif koleksiyonları ile ön plana çıkmaktadır. Tasarımcı ekibin sundugu sofistike ürünler oldukça yoğun ilgi görmektedir.
ALTA Texnologiyada ən son yeniliklərdən istifadə edərək mətbəxlərinizə yeni bir həyat qazandıran fransız markası Alta parıltılı və laklanmış səth, özəl daxili aksessuarlar və işıqlı rəfləri ilə funksiyalarının sayını maksimum səviyyəyə qaldırır.
Dekor Toscana Dekor Toscana zərvərəq və mum ilə hazırlanmış aksessuarlar istehsal edir. Özünəməxsus dizaynı ilə 2000-ə yaxın məhsulunu bütün dünyaya ixrac edir.
LU.BO Ağac materialları, bej rəngi və qəhvə tonlarının yaşılla qarışığından hazırlanan xarakterik bilyard masaları həm görünüşü, həm də çoxfunksiyalı olması ilə yaşam tərzinizə başqa bir rəng qatır.
Annibale Esposi Annibale Esposi markasının dəbdəbəli, sadə və zövqlü rənglərlə bəzədilmiş tabloları Türkiyədəki müştərilərə təqdim edilir. Yaşayış sahələrinin tamamlayıcı ünsürü olan, fərqli ölçülərdə və üslublarda ön plana çıxan aksessuarlar sözün əsl mənasında keyfiyyət nümayiş etdirir.
Angello Cappellini İtaliyanın ən dəbdəbəli və gözəl mebel markalarından biri olan Angello Cappellini 1886-cı ildən etibarən kolleksiyalarını müştərilərə təqdim edir. “Keyfiyyətin daha üstün olanı” şüarı ilə uzun müddətdir çox ciddi dizaynerlərlə birlikdə fəaliyyət göstərən marka, xüsusilə klassik və neoklassik məhsulları ilə dünyanın hər yerində nüfuz qazanmışdır.
Arte Mariani Arte Mariani ev aksessuarlarının ən mühüm hissələrini yaşayış yerlərinə təqdim edir.
Copyright 2012 © Armoni Əlaqe saxlamaq | Kariyer |